Gürcüstanın dövlət naziri azərbaycanlı gənclərlə görüşüb

Gürcüstanın dövlət naziri azərbaycanlı gənclərlə görüşüb

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Marneulidə azərbaycanlı gənclərlə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdə gənclərə Gürcüstanın işğal altında olan ərazilərində mövcud vəziyyət və ölkənin sülh siyasəti barədə məlumat təqdim olunub.

Azərbaycanlı gənclər mövzu ilə bağlı öz fikirlərini bölüşüblər. K.Tsixelaşvili onları maraqlandıran sualları cavablandırıb.

Dövlət nazirinin sözlərinə görə, hər bir vətəndaşın ölkənin həyata keçirdiyi sülh təşəbbüsləri barədə məlumatlı olması olduqca vacibdir: “Bu cür görüşlər vaxtaşırı keçirilir. Mənim üçün yalnız gəncləri məlumatlandırmaq deyil, onların fikirləri ilə tamış olmaq da əhəmiyyətlidir. Sülh prosesində ictimai diplomatiya və vətəndaş iştirakı çox vacibdir. Əksər hallarda maraqlı ideya və layihələr gənclər tərəfindən irəli sürülür”.

Görüşdə dövlət nazirinin müavini Lia Giqauri, Marneuli rayonunun rəhbəri Zaur Darğallı da iştirak ediblər.

Mənbə: strateq.az