Erməni vəkil: “Rusiyanın “kontrol”u ilə kulislərdə Köçəryan üçün sövdələşmələr baş verir”

Erməni vəkil: “Rusiyanın “kontrol”u ilə kulislərdə Köçəryan üçün sövdələşmələr baş verir”

Ermənistan Baş Prokurorluğu Ermənistan Kassasiya Məhkəməsinə Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbsini dəyişməklə bağlı Ermənistan Apellyasiya Məhkəməsinin məlum qərarına qarşı şikayətini təqdim edib. Əgər şikayət təmin olunsa, Robert Köçəryan yenidən həbs ediləcək.

Bəs Ermənistan Kassasiya Məhkəməsi Ermənistan Baş Prokurorluğunun şikayətini rədd etsə, onda nə olacaq?

Erməni vəkil, “1 Mart” zərərçəkənlərinin və zərərçəkənlərin hüquqi varislərinin nümayəndəsi Seda Safaryan qeyd edib ki, məhkəmə zalında qərar qəbul olunmazdan əvvəl pozuntularla müzakirə getdiyi anlaşılan idi.

Erməni vəkilin sözlərinə görə, Rusiyanın “kontrol”u ilə kulislərdə Köçəryan üçün sövdələşmələr baş verir.

Mənbə: ordu.az