Sloveniya müdafiə xərclərini artıracaq

Sloveniya müdafiə xərclərini artıracaq

Sloveniyanın Baş naziri Yanez Yansa Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı müdafiə xərcələri məsələsi də müzakirə olunub.
Baş nazir Sloveniyanın müdafiə xərclərini artırmaq planlarını açıqlayıb.
Stoltenberq koronavirus böhranına baxmayaraq ölkənin planlarını həyata keçirəcəyinə inandığını söyləyib.
Qeyd edək ki, NATO ölkələri 2024-cü ilə qədər müdafiə xərclərini ÜDM-nin 2%-nə qədər artırmaq öhədliyi götürüb. Sloveniya hazırda ÜDM-sinin yalnız 1.04%-i müdafiə üçün ayırır, bu isə Alyans daxilində ən kiçik rəqəmlərdən biridir. Hazırda yalnız 7 NATO ölkəsi bu meyara cavab verir: ABŞ, İngiltərə, Polşa, Yunanıstan, Estoniya, Latviya və Litva.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az