ABŞ-ı və İsraili çətin günlərin gözlədiyi qeyd olundu

ABŞ-ı və İsraili çətin günlərin gözlədiyi qeyd olundu

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusunun, Qüds briqadalarının komandanı İsmayıl Qaini ABŞ barəsində danışıb.

İsmayıl Qaini açıqlamasında bildirib ki, ABŞ-ın yetişdirdiyi terrorçular bu gün cinayətkar əməllər törədirlər.

"Allah bizə vəd edib ki, cinayət törədənlər əzabı dadacaqlar. Bu günlərdə onların döyüş gəmiləri də yandı. Ölkələrində aksiyalar səngimədi. Görünən odur ki, bəlaya düşdüklərini anlamırlar", - deyə İsmayıl Qaini diqqətə çatdırıb.

O, qeyd edib ki, ABŞ-ı və işğalçı İsrail rejimini çox çətin günlər gözləyir.

Mənbə: IRNA

Mənbə: eastnews.org