“Hər bir ölüm hadisəsi ilə bağlı 4-5 versiya - qətl, intihar, intihar altında gizlədilmiş qətl, silahla ehtiyatsız davranmaq nəticəsində ölüm və s. müzakirə olunur”.
Ordu.az erməni KİV-lərinə istindən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan İstintaq Komitəsinin sədri Hayk Qriqoryan sabiq Daxili İşlər naziri Hayk Harutyunyanın ölümü haqqında danışarkən bildirib.
Onun sözlərinə görə, istintaqın sonunda bu və ya digər versiyalar əsaslandırılır, yaxud təkzib olunur.
“İstintaq davam edir”, - deyə Qriqoryan bildirib.
Alpər Mövludoğlu
Mənbə: ordu.az