Haniyənin yerinə o seçildi

Haniyənin yerinə o seçildi

Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun rəhbəri seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Yəhya Sinvar Tehranda öldürülən İsmayıl Haniyənin yerinə HƏMAS siyasi bürosunun rəhbəri seçilib”, - açıqlamada deyilir.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-də Tehranda raket zərbəsi nəticəsində öldürülüb. O, avqustun 2-də Dohada dəfn olunub.

Mənbə: qafqazinfo.az