"Fox News" Bayden və oğlu ilə bağlı gizli sənədlərin oğurlandığını bildirib - VİDEO

"Fox News" Bayden və oğlu ilə bağlı gizli sənədlərin oğurlandığını bildirib - VİDEO

Eastnews.org-un verdiyi xəbərə görə, "Fox News" telekanalı dünən ABŞ Demokrat partiyasından prezidentliyə namizəd Co Bayden və oğlu Hanterlə əlaqəli gizli sənədlərin oğurlanması barədə məlumat yayıb.

Televiziya kanalının aparıcısı Taker Karlson "Bazar ertəsi günü bir mənbədən Bayden ailəsi haqqında bir sıra gizli sənədlər əldə etdik. Bu sənədlərin orijinal olduğuna əminik", - deyib.

Bayden və köməkçiləri həftənin əvvəlində bir reportaj üçün Los-Ancelesdə (Kaliforniya ştatı) idilər və bu səbəbdən Nyu-Yorkdakı "Fox News" işçilərindən materialı onlara poçtla göndərmələrini xahiş ediblər. Taker bunun üçün xidmətlərindən bir çox amerikalı tərəfindən istifadə olunan köklü bir poçt şirkətinin seçildiyini söyləyib.

"Bununa baxmayaraq sənədlər olan bağlama heç vaxt Los Ancelesə gedib çatmadı. Çərşənbə axşamı səhər çatdırılma şirkəti bizə bağlamanın açıldığını və sənədlərin yoxa çıxdığını bildirdi", - deyə Karlson sözünə davam edib. Onun sözlərinə görə, poçt şirkəti başqa bir əyalətdə baş verənlərin araşdırılmasına son dərəcə diqqətlə yanaşaraq sənədlərin hər mərhələdə çatdırılma yolunu izləyib və bağlamaya toxunan bütün işçilərlə görüşüb. "Nəticə sıfır oldu" deyən aparıcı poçt şirkətinin baş verənlərin işçi versiyasına belə sahib olmadığını bildirib.

Mənbə: TASS

Mənbə: eastnews.org