Ermənistanın keçmiş baş nazirinin açıqlamasına cavab: Daxili “bayraktarlar” türklərdən daha təhlükəlidir

Ermənistanın keçmiş baş nazirinin açıqlamasına cavab: Daxili “bayraktarlar” türklərdən daha təhlükəlidir

Daxili “bayraktarlar” türklərdən daha təhlükəlidir. Başqa proseslərin daxili həyatda yarandığını görürəm.

KONKRET.az xəbər verir ki, bu sözləri Müdafiə və təhlükəsizlik daimi parlament komissiyasının rəhbəri, hakim “Mənim addımım” blokunun deputatı Andranik Köçəryan 29 oktyabr tarixində parlamentin ənənəvi brifinqlər zamanı Ermənistan Milli Məclisində Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyanın açıqlamasını şərh edərkən söyləyib.

Deputatın qeyd etdiyi kimi, söhbət Vazgen Manukyan və ona qoşulan canlı “bayraktarlar”dan gedir.

Onun sözlərinə görə, belə bir müraciət 27 oktyabrda edildiyi üçün daha təhlükəlidir. Qeyd edək ki, 1999-cu ilin bu günü Ermənistan parlamentində terror aktı baş verib.

Köçəryan onu da əlavə edib ki, xalq tərəfindən qəbul edilməyən qüvvələr sakitləşmir.

Xatırladaq ki, keçmiş baş nazir və keçmiş müdafiə naziri Vazgen Manukyan hökuməti istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırıb.

Siyasətçinin açıqlamasında deyilir ki, xalqın qəhrəmanlıq mübarizəsinə baxmayaraq, indiki dövr “tarixin biabırçı və dağıdıcı səhifələrindən biridir. Yalnız Qarabağ deyil, xalqın gələcəyi olan Ermənistan da təhlükə altındadır ”.

Müdafiə Nazirliyi və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Manukyanın açıqlamasına reaksiya göstərib.

Birgə açıqlamada müəyyən siyasi dairələrin “rəhbərlik və Silahlı Qüvvələr arasında nifaq salmaq” cəhdlərini pisləyiblər.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az