Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Sünni Alimlər Birliyinin sədri Şeyx Xalid əl-Molla ABŞ ilə bağlı mövcud vəziyyəti şərh edib.
O, açıqlamasında bildirib ki, ABŞ Əbu Mehdi əl-Mühəndis və Qasim Süleymanini hədəfə alaraq əslində İŞİD-in intiqamını bütün müqavimət cəbhəsindən almış oldu.
"İraq hal hazırda dinini və müqəddəs məkanlarını hədəfə alan təhlükə ilə qarşı-qarşıyadır. ABŞ ilə bağlı bütün iraqlılar ehtiyyatlı olmalıdırlar", - deyə Şeyx Xalid əl-Molla diqqətə çatdırıb.
Şeyx Xalid əl-Molla açıqlamasında qeyd edib ki, "Həşd Şabi" hərəkatı din xadimlərinin göstərişlərinə daima riayət edir.
Mənbə: eastnews.org