Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir - Leyla Abdullayeva

Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir - Leyla Abdullayeva

Ermənistanın mülki əhaliyə qarşı cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, Azərbaycan bugünədək bütün beynəlxalq müstəvidə bəyan edib ki, ölkəmizin əraziləti işğal edilib və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın fəaliyyəti bütün bölgə üçün təhdiddir.

XİN rəsmisi qeyd edib ki, indiyədək Ermənistan tərəfindən 3 humanitar atəşkəs kobudcasına pozulub:" dünən Cenevrə danışıqlarında yeni bir humanitar atəşkəsin edilməsinə çağırış edilib, amma görünən odur ki, Ermənistan buna əməl etmir.

Mənbə: az.trend.az