Yaşayış evlərinə 27 308 mərmi atılıb - VİDEO

Yaşayış evlərinə 27 308 mərmi atılıb - VİDEO

“Azərbaycanın dövlət qurumları hər biri ayrı-ayrılıqda öz sahələri üzrə Ermənistanın Azərbaycana vurduğu zərərləri hesablayır”.

REAL xəbər verir ki, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Qeyd edib ki, Baş Prokurorluqda artıq 52 cinayət işi açılıb, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib.

Vüsal Qasımlı onu da əlavə edib ki bu günə olan məlumata görə, 200-ə qədər yaşayış məntəqəsi, yüksəkliklər Azərbaycan ordusu tərəfindən azad edilib. Ermənistanın ordusuna hərbi-texniki və sursat baxımından 2,7 milyard ABŞ dollarından yüksək dəyərdə ziyan vurulub.

Bütövlükdə Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə atdığı mərmilərin sayı 27308-dir.

Mənbə: www.realtv.az