Misir məhkəməsi "İxvan" üzvləri barədə yeni qərar çıxartdı

Misir məhkəməsi "İxvan" üzvləri barədə yeni qərar çıxartdı

Eastnews.org-un verdiyi xəbərə görə, Misir məhkəməsi ilk dəfə seçki ilə vəzifəyə seçilən sabiq prezident Məhəmməd Mursinin övladları da daxil olmaqla 89 nəfər "İxvan" üzvünün əmlakını müsadirə qərarı verib.

Dövlətə məxsus "Əxbar əl-Yəum" qəzeti bu barədə məlumat verib.

"İxvan" Mallarını Müsadirə Komitəsi rəsmi orqanlardan sözügedən malların dövlət xəzinəsinə köçürülməsini istəyib.

Mənbə: eastnews.org