ABŞ SURİYADAKI NEFT YATAQLARINDAN GƏLİR ƏLDƏ ETMƏDİYİNİ DEYİR

ABŞ SURİYADAKI NEFT YATAQLARINDAN GƏLİR ƏLDƏ ETMƏDİYİNİ DEYİR

Pentaqon bəyan edib ki, “qara qızıl”dan gələn gəlir “Suriya Demokratik Qüvvələri”nə (SDF) gedir. ABŞ neft yataqlarını mühafizə etmək üçün hərbçilərini Suriyaya göndərmək qərarına gəlib. Cavabında Moskva Vaşinqtonu banditizmdə ittiham edib.

ABŞ Suriyanın neftlə zəngin şimal-şərq bölgəsindən gəlir əldə etmir, bütün gəlir SDF-ə gedir. Belə bir bəyanatla ötən gün ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Conatan Hoffman (Jonathan Rath Hoffman) çıxış edib.

Oktyabrın sonu Pentaqon rəhbəri Mark Esper (Mark Esper) neft yataqlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə amerikalı hərbçilərin Suriyaya göndərilməsi barədə qərar verildiyini deyib. O, qeyd edib ki, bu yolla İŞİD terror qruplaşmasının neft yataqlarına çıxış imkanı aradan qaldırılacaq. Belə ki, İŞİD lideri Əbu Bəkr əl-Bağdadi (Abu Bakr al-Baghdadi) ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib.

ABŞ Quru Qoşunları qərargahının rəisi, general Mark Milli (Mark Milley) vurğulayıb ki, Suriya hökumət qüvvələri, həmçinin ölkədə iştirak edən rus qüvvələrinin neft yataqlarına çıxışı bağlanacaq. Ancaq general missiyanın əsas məqsədinin İŞİD döyüşçülərinin yataqları ələ keçirməsinə mane olmaq olduğunu vurğulayıb.

Rusiya Pentaqonun qərarını kəskin tənqid edib. Oktyabrın 26-ı Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov ABŞ-ın “beynəlxalq banditizm” ilə məşğul olduğunu bildirib.

İŞİD 2015-ci ildə artıq bir dəfə neft yataqlarını ələ keçirib. Yataqlara nəzarət terrorçulara sutkada 45 min barel neft hasil etməyə imkan verib. Satışdan gələn vəsait isə təşkilatın Suriya ərazisində, həmçinin xaricdə həyata keçirdiyi əməliyyatlara ayrılıb. “Belə bir hadisənin təkrarlanmasına bir daha yol vermərik”, - Birləşmiş Qərargah Rəisləri Komitəsinin başçısının müavini, kontradmiral Uilyam Birn (William Birn) vurğulayıb.

Mənbə: www.xpressa.net