İŞİD liderinin həyat yoldaşı əl-Bağdadı və təşkilat barədə mühüm məlumatlar verib

İŞİD liderinin həyat yoldaşı əl-Bağdadı və təşkilat barədə mühüm məlumatlar verib

Türkiyə rəsmisinin sözlərinə görə İŞİD liderinin xanımı Raniya Mahmud adı ilə tanınsa da onun əsl adı Əsma Fövzi Məhəmməd əl-Qubeysidir...

Əl-Bağdadinin Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilən həyat yoldaşı terror təşkilatı və onun lideri barədə mühüm məlumatlar verib.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə ölkənin bir rəmi mənbəsi məlumat verib.

Bildirilib ki, əl-Bağdadının həyat yoldaşı lider barədə və İŞİD-in fəaliyyəti barədə "çoxlu məlumatları ifşa edib."

Türkiyə rəsmisinin sözlərinə görə İŞİD liderinin xanımı Raniya Mahmud adı ilə tanınsa da onun əsl adı Əsma Fövzi Məhəmməd əl-Qubeysidir.

Qeyd edək ki, ABŞ prezidenti iddia edib ki, ölkəsinin qüvvələri iki həftə öncə İŞİD liderini İdlibdə öldürüblər. Ötən həftə isə Türkiyə rəsmiləri İŞİD liderinin həyat yoldaşı, bacısı və kürkəninin ələ keçdiyini deyiblər.

Mənbə: www.interaztv.com