Müxalifətin daha bir yalanı ifşa oldu-Bu dəfə Şəhid əsgərin ruhuna hörmətsizlik edildi (FOTO FAKT)

Müxalifətin daha bir yalanı ifşa oldu-Bu dəfə Şəhid əsgərin ruhuna hörmətsizlik edildi (FOTO FAKT)

Hərbçimiz, Babək Vəli oğlu Aslanov noyabrın 6-dan 7-nə keçən gecə erməni hərbçilərinin açdığı atəş nəticəsində Qazax rayonunda şəhid olub. Sonxeber.az-ın məlumatına görə, bəzi "siyasi müxalifət" bundan da öz maraqları üçün istifadə edirlər. Hərbçimizin 18 yaşı olduğunu, ön cəbhədə şəhid olmasını yazırlar. Guya Babək evin tək oğlu imiş. Guya evin tək oğlunu bir başa ölümə göndəriblər. Bu yanlış məlumatları da əllərində olan sosial media resurslarında tirajlayırlar.
Şəhidimiz Vüsalın bacısı oğlu isə məsələyə etirazını bildirib və həqiqətləri üzə çıxarıb. O, Əli Kərimlinin səhifəsində yazır ki, yanlış məlumat verirsiz: "Dayım evin tək övladı deyil, 4 qardaşı, bir bacısı var. Üstəlik də 18 yox, 25 yaşı var və müddətdən artıq hərbi qulluqçudur".
Görünən odur ki, Əli Kərimli və havadarları artıq insanların ən həssas məsələlərindən, toxunulmaz olan Şəhid ruhundan da öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar…

 

 

Mənbə: sonxeber.az