S-400 raketləri Türkiyədə istehsal ediləcək

S-400 raketləri Türkiyədə istehsal ediləcək

Türkiyə Müdafiə Naziri İsmayıl Dəmir Türkiyəyə çatdırılacaq növbəti partiya S-400 Triumf hava hücumundan müdafiə sistemləri barədə mətbuata maraqlı açıqlama verib.

Dəmir Rusiya tərəfi ilə hərbi texnologiya trasferi, birgə istehsal prosesləri, hərbi əməkdaşlığın daha da dərinləşməsi barədə fikir mübadiləsi aparıldığını qeyd edib. Eyni zamanda Türkiyənin yaxın zamanlarda S-400 raketlərinin istehsalına başlayacağını bildirib.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com