Zaqatalada Dövlət Bayrağı Günü qeyd edilib - FOTO

Zaqatalada Dövlət Bayrağı Günü qeyd edilib - FOTO

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbərliyi Bayraq Günü münasibətilə Zaqatalaya səfər edib.

"Report"un məlumatına göər, ilk olaraq Zaqatalada ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Daha sonra Dövlət İqtisad Universitetinin Zaqatala Filialı ilə birlikdə tədbir keçirilib. “Bayrağımız qürurumuzdur” adlı tədbiri Dövlət İqtisad Universitetinin Zaqatala Filialının direktoru, professor Orucəli Rzayev açıq elan etdikdən sonra dövlət himni səsləndirilib.

Sonra İSBAM sədri Samir Adıgözəlli Dövlət Bayrağı Günü münasibətilə çıxış edib.

O, çıxışında bu günün Bayraq bayramı günü kimi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncamın verlilməsini vətənpərvərliyin təbliğinə və tariximizə verilən əhəmiyyətli qiymət olduğunu qeyd etdi.

Tədbirdə daha sonra Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşı Rauf Əhmədov, İSBAM sədrinin müşavirləri Həmid Cəfərov, Yasəmən Möhübbətqızı, Samir Şahverdiyev, universitetin müəllimi Qüdrət Qıtımov da çıxış edərək ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın Naxçıvanda rəsmi dövlət bayrağı olaraq qərar qəbul edilməsi və müstəqilliyimizin qazanılması istiqamətində gedən tarixi proseslər haqqında fikirlərini bildiriblər.

Tədbirdə Dövlət Bayrağı Günü ilə bağlı sənədli film nümayiş etdirilib və universitetin tələbələri hazırladıqları bədii proqramla çıxış edib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, universitetin professor, müəllim və tələbə heyəti, İSBAM-ın Zaqatala nümayəndəliyinin rəhbəri Arif Abdullaev iştirak ediblər.

İSBAM rəhbərliyi Zaqatala səfəri zamanı burada Ukraynanın böyük yazıçısı Taras Şevçenkonun abidəsini də ziyarət edib.

Mənbə: report.az