Trampla “soyqırım”dan danışdım, dedi ki… - Ərdoğan

Trampla “soyqırım”dan danışdım, dedi ki… - Ərdoğan

ABŞ-la strateji əməkdaşlığımıza sığmayacaq bəzi hadisələr bizi ciddi şəkildə narahat edir. Bunun öhdəsindən gələ bilmək üçün bu ziyarətin çox önəmli olduğunu düşünürük. Xüsusən qondarma erməni layihəsi və sanksiya təhdidləri ilə bizi qorxutmaq cəhdləri var.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 noyabrda ABŞ-a gözlənilən səfərinə aydınlıq gətirərkən deyib.

“Cənab Trampın da bunun fərqində olduğunu dünənki telefon söhbətində hiss etdim. “Bu günə qədər necə olub” deyə soruşdu. Bu sualdan sonra mən də “Bu günə qədər oğul Buş və eyni şəkildə Obama ilə çalışdım. İndi isə sizinlə çalışıram. O dövrlərdə bu məsələ komissiyaya həvalə edilirdi və komissiyadan geri qayıdırdı. İndi isə komissiyanı sıradan çıxardılar və Konqresə göndərdilər. Birbaşa olaraq bu vəziyyətlə qarşı-qarşıyayıq” dedim.

Tramp isə cavabında “Mən bunu araşdıracam və dostlarla danışacam” dedi”, - Ərdoğan bildirib.

Mənbə: axar.az