Soylu söz verdi: Qarailanı ölü ilana çevirəcəyik

Soylu söz verdi: Qarailanı ölü ilana çevirəcəyik

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ölkədə aparılan antiterror əməliyyatları zamanı adı “qırmızı” axtarış siyahısında olan 2 terrorçunun öldürülməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

“2 terrorçunun öldürülməsi Qarailanı məyus edib. Burada millətimizə söz veririk, Qarailanı ölü ilan halına gətirəcəyik”, - nazir bildirib.

Xatırladaq ki, Murad Qarailan PKK terror qruplaşmasının lideridir.

Mənbə: axar.az