Rusiyanın tanınmış insan haqları müdafiəçilsi vəfat edib

Rusiyanın tanınmış insan haqları müdafiəçilsi vəfat edib

Rusiyanın tanınmış insan haqları müdafiəçilsi Sergey Şarov-Delone 63 yaşında dünyasını dəyişib.

O, noyabrın 7-də xərçəng xəstəliyindən vəfat edib. Məlumatı hüquq müdafiəçisinin oğlu Aleksandr Şarov və “Məhbus Rusiya” insan haqları təşkilatının sədri Olqa Romanova verib.

Şarov-Delone 6 May Komitəsinin üzvü idi. Bu komitə 2012-ci ilin mayında Vladimir Putin prezident kimi üçüncü müddətə and içməzdən öncə Moskvada etirazçılara qarşı polis qəddarlığını araşdırırdı.

O, saxlanan fəallara “Məhbus Rusiya” təşkilatı vasitəsilə fəal yardım edir, Moskvada mənzillənən İctimai Müdafiəçilər Məktəbinin işini koordinasiya edirdi.

Şarov-Delone sovet dissident Vadim Delonenin əmisi oğludur. Vadim Delone 1968-ci ilin avqustunda Çexoslovakiya Sovet İttifaqının başçılıq etdiyi Varşava Paktı tərəfindən işğal olunanda Moskvada Qırmızı Meydanda açıq etiraz etmişdi.

AzadAvropa/AzadlıqRadiosu 2017-ci ildə Şarov-Delonenin həyatı və fəaliyyətindən söz açan “Müdafiəçi” adlı sənədli film hazırlayıb.

Mənbə: www.amerikaninsesi.org