Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda baş vermiş zəlzələ ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

"İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq", - deyə qeyd olunub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Ağcabədidə qoyun oğruları tutulub

SONRAKI XƏBƏR

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə İstanbulda “İstiqlal” beynəlxalq bilik yarışının açılışı olub