Mehriban Əliyeva “Instagram” səhifəsində Bayraq Günü münasibətilə paylaşım etdi - VİDEO

Mehriban Əliyeva “Instagram” səhifəsində Bayraq Günü münasibətilə paylaşım etdi - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Dövlət Bayrağı Günü münasibətilə videoçarx paylaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib

#Azerbaycan #bayraq #ilhamlaazerbaycan həştəqi ilə paylaşılan həmin videonu təqdim edirik:

Mənbə: oxu.az