ABŞ hərbi bazasına 17 ədəd "Katyuşa" mərmisi atıldı

İraqın Mosul şəhəri yaxınlığındakı ABŞ hərbiçilərinin istifadəsində olan Kayyara hərbi bazasına 17 ədəd "Katyuşa" mərmisi atılıb.

Yenivaz.com xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumata əsasən, hücum nəticəsində xəsarət alan olmayıb. Terroristlərin tapılması üçün regionda hərbi əməliyyatlar başlayıb.

Qeyd edək ki, adıçəkilən hərbi baza 2016-cı ildə İŞİD-in əlindən alındıqdan sonra ABŞ ordusu tərəfindən istifadə olunur. 2017-ci ildə Mosul İŞİD-dən azad edilsə də, region terroristlərdən tam təmizlənməyib.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Mehriban Əliyeva “Instagram” səhifəsində Bayraq Günü münasibətilə paylaşım etdi - VİDEO

SONRAKI XƏBƏR

Milyarderlər qənaətə keçiblər – İqtisadi xəbərlər təsir edib