Moralesi devirmək istəyirlər

“Boliviyada dövlət çevrilişinə cəhd edilir”. Azvision.az xəbər verir ki, bu barədə ölkə prezidenti Evo Morales özünün “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, təcavüzkar düşüncəli şəxslərin formalaşdırdığı qruplar çevriliş cəhdi həyata keçirmək istəyir. Morales ölkəsinin bunu qətiyyətlə rədd etdiyini vurğulayıb.

Qeyd edək ki, Boliviyada oktyabrın 20-də keçirilən prezident seçkilərində səslərin sayılmasından sonra etirazlar başlayıb.

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

"Bugünki hakimiyyət xalqın dəstəklədiyi hakimiyyətdir" ÖZƏL-MÜNASİBƏT

SONRAKI XƏBƏR

Region Liqasının təmsilçilərindən etiraz - Kuboka buraxılmayıblar