Sergey Lavrovdan NÜVƏ XƏBƏRDARLIĞI: "Rusiya heç vaxt..."

Sergey Lavrovdan NÜVƏ XƏBƏRDARLIĞI:   "Rusiya heç vaxt..."

"Nüvə silahlarının tamamilə aradan qaldırılması hər kəs üçün bərabər və bölünməz təhlükəsizlik şərtlərinin yaradılması təqdirində mümkün olacaq”.

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Paytaxt Moskvada təşkil edilən Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması konfransında danışan nazir dünyanın nüvə silahından təmizlənmsinin tələ olduğunu bildirib.

Rusiyanın Nüvə Silahlarının Qadağası Razılaşmasına daxil olmayacağını vurğulayan Lavrov ölkələrə nüvə silahlarından imtina etmələri təzyiqini göstərməyin təhlükəli olduğunu vurğulayıb.

O bildirib ki, razılaşmanın qüvvəyə minməsi Yaxın Şərqdə kütləni məhv edən silahlarından təmizlənmiş bölgənin yaradılmasını çətinləşdirəcək./publika.az

Mənbə: xezerxeber.az