Fərhad Əhmədov Göyçayda futbol izlədi - Fotolar

Fərhad Əhmədov Göyçayda futbol izlədi - Fotolar

Xəbər verdiyimiz kimi, azərbaycanlı milyarder Fərhad Əhmədov bir neçə gündür ki, Göyçaydadır.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, o, rayonda hər il keçirilən ənənəvi bayram tədbirlərində iştirak edir.

Ötən gün də F. Əhmədov rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, deputatlar və başqaları ilə Nar Kuboku uğrunda yarışın final oyununu izləyib. Matç “AzNar” komandasının 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Fərhad Əhmədov eyni zamanda Göyçayda yeni kafesinin də açılışını edib.

Mənbə: qafqazinfo.az