"NATO-nun dövrü bitə bilər" - Mayk Pompeo

"NATO-nun dövrü bitə bilər" -  Mayk Pompeo

Berlində danışan ABŞ Xarici İşlər naziri Mayk Pompeo Çinin ABŞ-a tətbiq etdiyi təzyiqlərin Almaniyaya çox "tanış gələcəyini" deyib, Rusiyanı isə qonşularını işğal etməklə və müxalifəti əzməklə günahlandırıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emanuel Makronun "NATO-nun beyin ölümü gerçəkləşib" sözləri ilə razı olmadığını deyən Pompeo bildirib:

"70 ilin ardından NATO-nun böyüməsi və dəyişməsi lazımdır. Günümüzün həqiqətləri və çətinlikləri ilə üzləşməsi lazımdır. Əgər millətlər NATO-nun ehtiyac duyduğu qayqanları təmin etmədən, sözlərinə əməl etmədən NATO-nun müdafiə yardımlarından yararlana biləcəklərini düşünürlərsə, NATO effektsizləşə bilər, yaxud NATO-nun dövrü bitə bilər".

Qeyd edək ki, gələn ay Londonda 70 illiyini keçirəcək NATO-ya üzv olan ölkələri ABŞ prezidenti Donald Tramp yetərli hərbi xərcləri etməməkdə günahladırmışdı.

Mənbə: metbuat.az