ABŞ-da yaşı 21-dən az olanlara elektron siqaretin satışı - QADAĞAN EDİLƏ BİLƏR

ABŞ-da yaşı 21-dən az olanlara elektron siqaretin satışı - QADAĞAN EDİLƏ BİLƏR

ABŞ administrasiyası elektron siqaretin 21 yaşdan kiçik şəxslərə satışını qadağan etmək istəyir.

FED.az xəbər veir ki, bunu ABŞ Prezidenti Donald Tramp Corciya ştatına səfər etməzdən əvvəl jurnalistlərlə verdiyi açıqlamada bildirib.

“Uşaqlarımıza qayğı göstərməliyik. Bu, xüsusilə vacibdir. 21 yaş və ya daha çox yaş məhdudiyyətimiz olacaq. Gələn həftə elektron siqaretlə (veyp) bağlı çox vacib bəyanatımız olacaq”.

Qeyd edək ki, 2017 və 2018-ci illər ərzində nikotindən asılı olan gənclərin sayı 1.5 milyonu ötüb.

Report

Mənbə: fed.az