Məcburi köçkünlər Oqtay Əsədova və deputatlara müraciət etdi – MƏTN

Məcburi köçkünlər Oqtay Əsədova və deputatlara müraciət etdi – MƏTN

Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oktay Əsədova : surəti deputatlara

1. Abbas Aqil Məhəmməd oğluna(83 saylı Ağcabədi-Füzuli seçki dairəsi) 2. Vəliyev Ağalar İsrəfil oğluna (97 saylı Goranboy – Ağdam – Tərtər seçki dairəsi) 3. Əliyev Bəxtiyar Həmzə oğluna (118 saylı Ağdam şəhər seçki dairəsi) 4. Sadıqov Bəxtiyar Yusif oğluna (119 saylı Ağdam kənd seçki dairəsi) 5. Abbaszadə Mahir Tapdıq oğluna (121 saylı Laçın seçki dairəsi) 6. Qasımova Flora Qasım qızına (122 saylı Xankəndi seçki dairəsi) 7. Qurbanov Cavid Qənbər oğluna (123 saylı Kəlbəcər seçki dairəsi) 8. Məmmədov Elman Camal oğluna (124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi) 9. İsmayılov İmamverdi İbiş oğluna (125 saylı Zəngilan-Qubadlı seçki dairəsi)

DAĞLIQ QARABAĞ VƏ İŞĞAL OLUNMUŞ ƏTRAF RAYONLARDAN OLAN BİR QRUP MƏCBURI KÖÇKÜNLƏR TƏRƏFİNDƏN

BƏYANAT

Biz Qarabağdan olan məcburi köçkünlər bəyan edirik. Qarabağı itirmək , dədə-babalarımızın qəbrlərinin düşmən tapdağı altında əbədi qalmaq qorxusu bizi təşvişə salıb. Ermənistan tərəfinin son vaxtlardakı fəaliyyəti , buna Azərbaycan tərəfinin heç o qədərdə sərt olmayan sözdən o tərəfə keçməyən cavab verməməsi, hakimiyyətin əsas , ən çox söz və səs sahibinə malik olan qanadının- parlamentin, xüsusilə parlamentdə oturan məcburi köçkün rayonlarından olan deputatların susqunluğu, ağızlarına su alıb oturmaları bizim ümidlərimizi bir qədərdə qırır. İndiyə qədər hamı bizə ümid verib, bu samitdən sonra məsələ həll olur, filan görüşdən sonra torpaqlar azad edilir, üç ay-beş ay deyə-deyə, o köhnə il, bu təzə il, gələn novruz deyə-deyə bizi aldadıblar. 26- 27 aldana-aldana yaşamaqdan bezmişik. Qarabağdan qovulmuş əzizlərimizin çoxu öz doğma yurduna qovuşmaq həsrəti ilə dünyadan köçdü. Qalan yaşlı nəslin də ümidləri itməkdədir. Yalanlar, yalan vədlər bizi boğaza yığıb, az qala heç nəyə inamımız qalmayıb.

Dünyanın gözü baxa-baxa işğalçılar heç bir beynəlxalq hüquqa, qanun-qaydaya məhəl qoymadan bizim yurdlarımıza sahib çıxır, məskunlaşma işləri aparırlar. Arxayınlıqla işğal etdikləri rayonlarımızda müasir yollar çəkir, istehsal müəssələri açır və istirahət mərkəzləri tikir. Həmdə bütün bunları ermənilər özləri sanki bizə göz dağı verirlərmiş kimi mətbuatda və internet vasitəsi ilə yayırlar.

Ermənistanın İşğal etdikləri Azərbaycan torpaqlarında məskunlaşdırma apama faktlarını vaxtilə ATƏT-in fakt araşdırıcı missiyası da təsdiq etmişdi. Missiyanın hesabatına görə, artıq işğal edilmiş ərazilərdə 11 min nəfər yerləşdirilib. Əslində, real rəqəm bundan da çoxdur. Acınacaqlı odur ki, ATƏT-in fakt araşdırıcı missiyasının səfərlərindən sonra ermənilərin bizim dədə-baba yurdlarımızda məskunlaşdırılması daha intensiv şəkildə həyata keçirilir. Mövcud vəziyyət belə bir qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi işğalçı Ermənistanın xeyrinə qəsdən uzadılır. Sanki hansısa sehrli qüvvə həmin ərazilərdə doğulan azərbaycanlıların köçkünlükdə ölüb qurtarmasını gözləyir, o zamanadək baş qatıb vaxtı uzatmağa çalışır, görünür belədə torpaqların işğalını daha rahat legitimləşdirə biləcəklərini güman edirlər.

Özlərini insanların hüquq və azadlıqlarının müdafiəçisi adlandıran, demokratiyanın qarantı sayan dövlətlərin, beynəlxalq qurumların gözü qarşısında artıq sayı bir milyona çatan qarabağlılar XXI yüzillikdə səfil, sərgərdan duruma salınıb. Açığı, heç Azərbaycan dövlətinin də Qarabağ münaqişəsinə dair fəaliyyəti bizi qane etmir. Sanki Bişkek protokolu, Madrid prinsipləri kimi sənədlərlə razılaşmaqla Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək yolunda öz əl-qolunun bağlanmasına imza atıb. Uzun illər ərzində bu razılaşmalara Azərbaycan tərəfi əməl edib, bəs nəticəsi hanı? Münaqişənin həlli ilə məşğul olan , münaqişənin guya sülh yolu ilə nizamlanmasına nəzarət edən tərəflər ərazisi işğal olunan Azərbaycanın təmkinli , dözümlü davranışlarını dəyərləndirdilərmi ?! Əksinə bizi işğalçı ilə bərabər tutaraq daimə kompramisə, güzəştə getməyə çalışdılar. ATƏT-in Minsk qrupunun regiona səfərləri artıq cəmiyyətdə ironiya ilə, gülüşlə qarşılanır. Sanki qəlyan altını İrəvanda, naharı Xankəndinə, şam yeməyini Bakıda etməyə, gahda əksinə Bakıda şam, Xankəndındə nahar, İrəvanda şam etməyə gəlirlər.

Tarixən İrəvandan tutmuş Azərbaycanın digər torpaqlarına havadarlarının köməyi və özlərinin hiyləgərliklə, “məzlum” vəziyyətə salınmış sifətləri ilə yerləşdirilmiş ermənilər, sonradan yaranmış tarixi fürsətlərdən daha məkrlə istifadə edərək özlərinə qədim Azərbaycan ərazilərində dövlətdə qura bilmişdilər. Sonrakı fürsətlərdə Zəngəzur, Göyçə mahallarınıda məngirləməklə ərazilərini dahada genişləndirmişlər. Nəhayət axrıncı fürsətdə dahada qabağa düşərək Azərbaycanın Yuxarı Qarabağ ərazisində ikinci bir erməni dövləti qurmağa cəhd edirlər və əslində de-fakto nail olublar. Ermənilər o qədər azğınlaşıblar ki, Yuxarı Qarabağa aid olmayan və Yuxarı Qarabağdan iki dəfədəndə çox əraziyə malik olan yeddi rayonuda işğal edib hələki sahib olublar.

Vəziyyət ağırdır .Arxayınçılığa , kimlərinsə vədinə aldanmağa əsas yoxdur. Ermənistan Baş Naziri çox məkirli və aktiv fəaliyyətə keçib. İş o həddə çatıb ki, az qala Qarabağda beynəlxalq səviyyəli tədbirlər keçirilir. Artıq xarici dövlətlərdən deputatlar , digər dövlət adamları və iş adamları işğal olunmuş Azərbaycan torpaqlarına maneəsiz, arxayın səfərlər edirlər. Buna nə demək olar ki, Artıq Laçında, Kəlbəcərdə bələdiyə ceçkiləri keçirirlər. Paşinyan o qədər arxayındırki əvvəlcə Qarabağda Qarabağ (Arstax) ermənistandır deməklə ictimai fikrə nüfuz etdi. BMT kimi dünyanın ən nüfuzlu təşkilatının tribunasından SSRİ dağılanda Azərbaycan SSRİ-nin tərkibindən çıxdığı kimi Yuxarı Qarabağda (DQMV) müstəqilliyinə nail olub dedi və orada cavab verən olmadı.

Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan tərəfindən qurumun Baş katibinə təqdim olunan və daha sonrada rəsmi veb səhifədə yerləşdirilən memoranduma əlavəyə (“non paper”) Dağlıq Qarabağ bölgəsindəki seperatçı rejimin hazırladığı 2030-cu ilə kimi inkişaf planı daxil edilib. Sənəd BMT-nin irəli sürdüyü 2030- cu ilədək nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə “Arstax Respublikasının” hesabatı adlanır. BMT-nin rəsmi veb-səhifəsində (un.org) yerləşdirilən bu sənəddə Azərbaycan əleyhinə olduqca ağır ittihamlara yer verilib. Sənəddə Azərbaycanın “Arstax Respublikas”ına hücum etməsi, onun inkişafına mane olması qeyd olunur. Daha sonra qeyd olunur ki, Azərbaycanın təhdidlərinə və təcavüzünə baxmayaraq “Arstax Respublikası” BMT-nin irəli sürdüyü Minilliyin İnkişaf Məqsədlərini həyata keçirməyə çalışır.

Bir daha bəyan edirik ki, heç bir vədə aldanmağa əsas yoxdur. Hələ vaxtilə güya problemin həllinə yaxınlaşan vaxtlar olduğu deyilirdi. Bir dəfə L. Ter-Petrosyanı istefaya göndərməklə , ikinci dəfə ermənistan parlamentində məlum terror hadisəsi törətməklə həll prosesini pozdular. Koçaryan – Sərkisyan hakimiyyət ötürməsi zamanıda İrəvanda meydanlarıda erməni əhalinin gülləbaran edilməsidə diqqətin uzun müddət Qarabağ münaqişəsinin həllindən yayındırmaq məqsədi ilə edilməsi şübhə doğurmamalıdır.

Ermənistanda axırıncı hakimiyyət dəyişməsindən sonra Azərbaycan hakimiyyətinin paşinyana neqativ , Sərkisyana müəyyən qədər pozitiv münasibət göstərməsinə əsaən demək olar ki , ümid varmış ki, S. Sərkisyanla problemin həllinə dair nə isə müsbətə doğru bir gözləntilərili varmış. Elə isə nəticə çıxarmaq çətinmidir ki, Paşinyanın hakimiyyətə gəlişidə danışıqları pozub vaxt qazanmaq üçün erməni məkrinin növbəti bir oyunu olub. Artıq Paşinyan daha qabağa gedir və qondarma adlandırılan qrumun tanınması istiqamətində geniş iş görür və təbliğat aparır. Özümüzə heç nə ilə təskinlik verməyə əsas yoxdur. Biz nəyə arxayın olub sakit otura bilərik ki, Qondarma dediyimiz “Arstax respublikası”nın xarici işlər naziri dünyanı idarə edən super dövlətə nəinki səfər edə bilir, hətta ABŞ konqrensində çıxış edir. Hanı bizim uğurlu xarici siyasətimiz. Xarici siyasət məmurların və oliqarxların , onların övladlarının xarici ölkələrin bahalı istirahət məkanlarında kef çəkmələrini, ölkənin sərvətlərini talayıb xarici ölkələrdə özlərinə mülk almalarını təşkil etməkdirmi ?

Biz məcburi köçkünlər artıq erməni məkrinə , hiyləsinə bələd olmağa , prezdentdən tutmuş sadə vətəndaşa , deputatdan tutmuş sravi seçiciyə kimi bütün xalqımızı Qarabağ münaqişəsinin həllinin bundan sonra uzadılmasına yol verməməyə çağırırıq. Zərrə qədərdə şübhə etmirik ki, yenə bizi danışıqlar prosesinə cəlb edib, güya nə vaxtsa Paşinyanla problemi həll edəcəyik deyəcəklərsə, bu əvvəllər olduğu kimi ermənilərin xeyrinə vaxtı uzadmağa xidmət edəcək. Məkrli düşmən lap Paşinyanın güllələnməsi hesabına olsa belə oyunu pozacaq.

Bütün başımıza gələnlərə və gətirilənlərə rəğmən Parlamentdə Qarabağ məsələsini müzakirə edib ciddi qərar qəbul etməsini tələb edirik. Prezdent özü məşğuldur deyib 26 ili yola verdiyiniz bəsdir. Bir milyon məcburi köçkün insanın talei , ölkənin ən böyük problemi sizi düşündürməlidir. Tarix qarşısında məsuliyyətininzi dərk edin.

sozcu.az

Mənbə: teref.az