Tramp 9 may paradında Moskvada olmaq istəyir

Tramp 9 may paradında Moskvada olmaq istəyir

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Trampın 9 may paradında iştirakı ilə bağlı rəsmi cavabın olmadığını bildirib

ABŞ Prezidenti Donald Tramp mayın 9-da Qələbə günü münasibətilə Moskvada təntənəli tədbirdə iştirak etmək istədiyini etiraf edib.

Sputnik Azərbaycan-ın “i”yə istinadla məlumatına görə, amerikalı lider dəvətin olub-olmadığı sualını cavablandırarkən deyib.

D.Tramp qeyd edib ki, həqiqətən bu tədbirlərdə iştirak etmək üçün Rusiya Prezidenti Vladimir Putindən dəvət alıb: “Bu, böyük işdir. Mən dəvətə görə təşəkkür edirəm. Amma həmin dönəmlərdə ABŞ-da seçki mövsümünün ortaları olduğundan, Moskvaya səfər edib-etməyəcəyim barədə konkret söz deməyə çətinlik çəkirəm. Amma iştirak etmək istərdim”.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə Trampın 9 may paradında iştirakı ilə bağlı rəsmi cavabın olmadığını bildirib.

Mənbə: sputnik.az