Lavrovun İrəvana səfər öncəsi Rusiyadan Qarabağ bəyanatı

Lavrovun İrəvana səfər öncəsi Rusiyadan Qarabağ bəyanatı

Rusiya Dağlıq Qarabağ konfliktinin həllində vasitəçilik fəaliyyətini davam etdirir.

Axar.az xəbər verir ki, bu məlumat Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Ermənistana noyabrın 10-da baş tutacaq səfəri ərəfəsində yaydığı bəyanatda yer alıb.

“Dağlıq Qarabağın həlli prosesində tərəflərə dəstək göstərilməsi, Rusiyanın xarici siyasət prioritetləri sırasına daxildir və Rusiya prezidentinin diqqət mərkəzindədir”, - deyə bəyanatda bildirilib.

XİN konfliktin həllinin yalnız siyasi, diplomatik vasitələrlə reallaşdırılması gərəkdiyini açıqlayıb. Moskva bu cəhdlərin əvvəl-axır irəliyə doğru addımlamağa və kompromisə gəlməyə imkan verəcəyini söyləyib.

Mənbə: axar.az