Bayraq ucalığı - VİDEO

Bayraq ucalığı - VİDEO

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin sədrliyi və təşəbbüsü ilə keçirilən sessiyada bu gün dövlət rəmzlərindən biri olan üçrəngli bayrağımız Naxçıvan MR dövlət bayrağı olaraq qəbul olunur və təsdiq edilir.

Həmin günləri Naxçıvan Ali Sovetinin deputatı olan Binyamin Qəmbərli belə xatırlayır.

1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Alİ soveti Azərbaycan Respublikasının dövlət bayrağı haqqında qanun qəbul edərək tarixdə ilk dəfə 1918-ci il noyabrın 9-da qaldırılmış üçrəngli bayrağı dövlət bayrağı elan etdi.

Beləliklə Şərqin ilk demokratik dövləti olan Azərbaycanın ay ulduzlu üçrəngli bayrağı 70 ildən sonra öz azad səmasında dalğalanmağa başaldı.

Bu gün bayrağımız Aprel döyüşlərində azad edilmiş Lələtəpədə, hərbi nəqliyyat vasitələrinin, döyüş texnikalarının üzərində, qürur duya biləcəyimiz hər bir məkanda dalğalanır....

Həmişə Ucalıqda qərar tut, əziz Bayrağım.

Mənbə: www.realtv.az