“Uzun müddət hərbi xərcləri artırıb, texnika alıb yığmaqla kifayətlənməli deyilik”

“Uzun müddət hərbi xərcləri artırıb, texnika alıb yığmaqla kifayətlənməli deyilik”

Fərəc Quliyev: “Əlimizdəki arsenalı qısa zamanda torpaqlarımızı azad etməyə yönəltməliyik”

“Düşmənə işğaldakı torpaqları boşaltmaq üçün 1-2 ay vaxt verməliyik, sonra isə...”

“Ermənilər Qarabağadakı sərvətlərimizdən hər il 30milyard vəsait əldə edir”

Azərbaycanın gələn ilüçün müdafiə xərclərini 21% artırması həm ölkəmizdə, həm də Ermənistanda ciddimüzakirələrə səbəb olub. Siyasilərin bir çoxu hesab edir ki, müdafiə xərclərininartırılması savaş ehtimalının yüksəlməsi ilə bağlıdır və rəsmi Bakı bununlaonsuz da güclü olan ordu potensialını daha da gücləndirməyi planlayır.

Moderator.az olaraq millətvəkili Fərəcə Quliyevlə söhbətimizdə bu və digər məsələlərə aydınlıq gətirməyə,Qarabağ probleminin mümkün həlli imkanlarını şərh etməyə çalışdıq.

-Fərəc bəy, Qarabağ probleminin mövcud vəziyyəti iləbağlı qənaətiniz nədən ibarətdir? Mövcud status-kvonun davam etməsi ölkəmizə nəvəd edir?

-Bütün hallarda işğaldakıtorpaqlarımızın azad edilməsi bizim başlıca hədəfimiz olmalıdır. Biz indikistatus-kvo ilə təbii ki, razılaşa bilmərik. Qərbi Azərbaycan ərazisində Ermənistandövləti yaradılıb. Azərbaycanın Zəngəzur hissəsini alıb Ermənistana veriblər. Indiisə Azərbaycanda ikinci erməni dövlətini yaratmağa cəhd edirlər. Təbii ki, bizbuna imkan verə bilmərik və verməyəcəyik.

-Sizcə Qarabağ probleminin sülh yolu ilə həll edilməsiistiqamətində atılan addımlar səmərə verəcəkmi? Mümkündürmü ki, bu danışıqlarhansısa mərhələdə müəyyən nəticə versin?

-Torpaqlarımızın dincvasitələrlə azad edilməsi istiqamətində çalışmalar gedir. Mənim subyektivfikrim bundan ibarətdir ki, bu daışıqların heç bir mənası yoxdur. ATƏT-in Minskqrupunun həmsədri olan dövlələr mövcud vəziyyətin qorunub saxlanmasındamaraqlıdırlar. Həmsdərlərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticə vermir. BMT-nin məlum qətnamələriortada olsa da, bu da nəticə etibari ilə heç nəyi dəyişməyib.

Xarici siyasətimiz o hədəfəçatıb ki, işğal edilmiş torpaqlarımızn hərbi yolla azad edilməsi üçün münbit zəminvar. Əslində belə bir zəminə ehtiyac yox idi. Çünki BMT-nin qətnamələrində Ermənistanınişğalçı dövlət olduğu vurğulanıb və onların bu torpaqları tərk etməsininvacibliyi qeyd olunub. BMT nizamnaməsinin 51-ci maddəsinə görə də, Azərbaycanınməşru hüququdur ki, əgər BMT qətnamələri həyata keçirilmirsə, o zaman özütorpaqlarıının azad edilməsi istiqamətində lazımi addımlar atsın. Buna görə dəhərbi büdcənin artırılmasına normal yanaşıram. Cəmiyət də başa düşməlidir ki,bu, atılması gərəkən bir addımdır və torpaqlarımızın azad edilməsi zərurətibizdən bunu tələb edir.

-Necə hesab edirsiniz, Azərbaycan diplomatikdanışıqların nəticə verməsini nə qədər, hansı tarixə qədər gözləməlidir?

-Əgər bizimçağırışlarımıza düşmən və onu himayə edən qüvvələr cavab verməsələr, biz düşməniuzun müddət gözləməməliyik. Düşmənə işğal edilmiş torpaqları boşaltmaq üçün 1-2ay vaxt verməliyik. Əgər onlar bu müddət ərzində ölkə tərk eləməsələr, biz dərhalhərbi əməliyyatlara başlamalıyıq.

-Lakin bəziləri savaş çağırışına ehtiyatla yanaşırvə arqument olaraq bildirirlər ki, yeni müharibə yeni qurbanlar demək olacaq...

-Biz savaş çağırışı edəndəbilirik ki, şəhdilərimiz olacaq. Bu torpaqlar bizə şəhdilərimiz hesabına gəlibçatıb. 480 min kv.torpaqdan bizə cəmi 57-67 min kv km ərazi qalıb. Mən ona görə86, 6 min kv.km demirəm ki, bunun 20%-iermənilərin əlindədir.

Biz savaşdan çəkindikcə,problemin dinc yolla həllinə tərəfdar olduğumuzu deyə-deyə status-kvo ilərazılaşdıqca, gələcəkdə bu ərazimiz daha da kiçiləcək. Buna görə də biz hərbəhazır olmalıyıq və hərbə ayrılan vəsaitləri artırmalıyıq.

Mən parlamentdə “savaşbüdcəsi” yaratmaqla bağlı çağırış etmişdim. Qeyd etmişdim ki, əhali “kəmərəni”sıxmağa hazır olar. Hər kəs razılaşar ki, bütün digər xərclər təxirə salınsın,bu vəsaitlər hərbə yönəldilsin və bu məsələ birdəfəlik həll olunsun.

-Bəzən bu cür fikirlər də səsləndirilir ki, Azərbaycanuzun illərdir ki, müxtəlif dövlətlərdən xeyli silah-sursat, hərbi texnika alsada, onlardan istifadə etməyə sanki tələsmir. Sizcə çoxlu hərbi texnika vəmüasir silahlar almaqla ordunu möhkəmləndirmək və bununla da düşmənə bir növ psixolojibasqı göstərmək yetərlidirmi?

-Hərbi xərclərimizartırılmalıdır. Lakin biz uzun müddət hərbi xərcləri artırıb texnika alıbyığmaq, zabitləri hazırlayıb sonra onları təqaüdə göndərməklə kifayətlənməlideyilik. Qısa zamanda əlimizdəki arsenalı torpaqlarımızı azad etməyə yönəltməliyik.

-Qarabağın azad edilməsi Azərbaycana əlavə iqtisadigüc qazandıra, insanların sosial durumunun daha da yaxşılaşmasına təkan verəbilərmi?

-Ölkəmizdəiqtisadi-siyasi vəziyyətin yaxşılaşması əslində Qarabağ probleminin həllindənkeçir. Təəsvvür edin ki, hər il işğal edilmiş ərazilərimizdəki sərvətlərinistismarından düşmən 30 milyarda qədər vəsait qazanır. 163 mədənimiz istismaredilir. Ermənilər o qədər irəli gedib ki, bu ərazilərdə məskunlaşmalar aparır,turizm və s. imkanlardan da istifadə edirlər. Biz bu əraziləri azad etsək,yeraltı-yerüstü sərvətlərimiz də özümüzə qalar. Iş yerləri açılar. Insanların rifahıyüksələr.

-Fərəc bəy, bu gün həm də Dövlət Bayrağı günüdür.Bu tarixi günlə bağlı Azərbaycan xalqına sözünüz, təbrikiniz varmı?

- Mən bayraq günü münasibətiilə bütün xalqımızı təbrik edirəm. Belə bir məşhur misra var:

“Bayraqları bayraq yapanüstündəki qandır,

Bayraq - əgər uğrunda ölənvarsa vətəndir”.

Mən arzu edirəm ki, torpaqlarımızən qısa zamanda işğaldan azad edilsin və üçrəngli bayrağımız Qarabağdadalğalansın.

Seymur ƏLİYEV

Mənbə: moderator.az