Ohanyanın səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Ohanyanın səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan xəstəxanaya yerləşdirilib.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və digərlərinin işi üzrə məhkəmədə onun vəkili Karen Mejlumyan bildirib. Vəkilin sözlərinə görə, Ohanyan səhhətinin pisləşməsi səbəbindən martın 7-də xəstəxanaya yerləşdirilib. Onun nə vaxt evə buraxılacağı barədə dəqiq məlumat yoxdur.

Məhkəmə iclası martın 16-na təxirə salınıb.

 

Mənbə: azvision.az