Bəşər Əsəd Moskvada 40 milyonluq əmlak alıb?-Kremldən AÇIQLAMA

Bəşər Əsəd Moskvada 40 milyonluq əmlak alıb?-Kremldən AÇIQLAMA

Kreml Suriya prezidenti Bəşər Əsədin Moskvada 20 mənzil alması ilə bağlı xəbərləri şərh edib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açılama verib. “Kreml xarici vətəndaşlar tərəfindən mənzillərin alınmasını normal qarşılayır. Çünki Rusiyada bazar sərbəstdir”-Peskov belə deyib. Qeyd edək ki, yayılan xəbərlərə Əsəd ailəsi həm birbaşa, həm də sahib olduqları şirkətlər vasitəsi ilə alqı-satqı edərək əmlak alıb. Əldə edilmiş əmlakın ümumi dəyəri təxminən 40 milyon dollardır.

Peskov "The Financial Times"qəzetinə açıqlamasında Kremlin bu barədə dəqiq bilgiyə malik olmadığını deyib.
Sevinc Tapdıqqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info