"Faktiki ermənilər nə istəyirsə, Kreml də onu istəyir." - Elxan Şahinoğlu

"Faktiki ermənilər nə istəyirsə, Kreml də onu istəyir." - Elxan Şahinoğlu

Sergey Lavrov “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma əldə olunmayacaq” açıqlaması bir başqa səbəbdən də təhlükəlidir. Aydındır ki, Lavrov “Dağlıq Qarabağ xalqı” dedikdə yalnız erməniləri nəzərdə tutur. Bu o deməkdir ki, Kreml Dağlıq Qarabağda etnik təmizləmənin nəticələrini tanıyır və işğala son qoymadan ermənilərin “özmüqədərratını təyinaetmə hüqununun” yekin sazişdə vurğulanmasını istəyir. Yəni faktiki ermənilər nə istəyirsə, Kreml də onu istəyir. Bu qədər sadə. Sadəcə, məni düşündürən odur ki, ötən il mənimlə qiyabi mübahisə edən deputatlardan biri israrla Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dəstəkləyirdi. Onun Lavrovun İrəvanda dediklərinə də münasibətini eşitmək istərdim.

Teref.az

 

 

Mənbə: teref.az