Patriarx Kiril Bakıda Dünya Dini liderlərinin görüşündə iştirak edəcək

Patriarx Kiril Bakıda Dünya Dini liderlərinin görüşündə iştirak edəcək

Bakı. Trend:

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill noyabrın 14-də Bakıya səfər edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Patriarxı Kirillin səfərinin məqsədi Bakıda keçiriləcək Dünya Dini liderlərinin Sammitinin açılışında iştirakıdır.

Moskvanın və bütün Rusiyanın Patriarxının mətbuat xidmətindən bildirilib: "Noyabrın 14-də müqəddəs Patriarx Kirill Bakıya səfər edəcək və burada Dini Liderlərin II Bakı Sammitinin açılışında iştirak edəcək".

Mənbə: az.trend.az