Nursultan Nazarbayev Zelenski və Putinə Qazaxıstanda görüş təklif etdi

Nursultan Nazarbayev Zelenski və Putinə Qazaxıstanda görüş təklif etdi

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev, Qazaxıstanda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelensky arasında görüş təşkil etməyi təklif etdi.
Muxalifet.az
"russian.rt"-yə istinadla xəbər verir ki, Zelenski artıq buna razılıq verib.

“Artıq Zelenskinin razılığını aldım. Bunu Rusiya prezidentinə açıqladım. İndi baxaq, neytral məkana ehtiyac var, mən Qazaxıstanı təklif etdim ”, - deyə Qazaxıstan Sputnik Nazarbayebdən sitat gətirib.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Zelenskinin Putinlə görüşməyə hazır olduğunu bildirmişdi.
Oktyabr ayında Ukrayna prezidenti bildirmişdi ki, rusiyalı həmkarı ilə görüş planlaşdırılmır, çünki "hər kəs bunun əleyhinədir".

Mənbə: muxalifet.az