Ermənistan hökuməti Korrupsiyanın Qarşısının Alınması Komissiyasını hələ də formalaşdıra bilməyib

Ermənistan hökuməti Korrupsiyanın Qarşısının Alınması Komissiyasını hələ də formalaşdıra bilməyib

Hələ sentyabr ayında Ermənistan Ədliyyə naziri Rustam Badasyan bildirib ki, oktyabr ayında Korrupsiyanın Qarşısının Alınması Komisiyası yaradılacaq, lakin oktyabr ayı başa çatıb, komissiya isə yaradılmayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qanuna əsasən noyabrın 30-na qədər bu komissiya yaradılmalıdır.

Məlumata görə, bir neçə gün bundan öncə hakim qüvvə toplaşıb və həmin komissiyaya onların namizədi, İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin şura katibi Edqar Şatiryan təklif edilib.

Xatırladaq ki, yeni struktur Yüksək Vəzifəli Şəxslərin Etika Komissiyasını əvəz edəcək.

Alpər Mövludoğlu

Mənbə: ordu.az