“Ərdoğanı Trampdan başqa gözləyən yoxdur” – “Vaşinqton Post”

“Ərdoğanı Trampdan başqa gözləyən yoxdur”  – “Vaşinqton Post”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərindən əvvəl "Vaşinqton Post” qəzetinin yayımladığı məqalə diqqət çəkib.

Məqalə "Tramp Ərdoğanı dörd gözlə gözləyir” adıyla dərc olunub.

"Tramp Ərdoğanın səfərini dörd gözlə gözləyir. Deyəsən, onu Amerikada Trampdan başqa gözləyən yoxdur”, - məqalədə bildirilib.

Yazıda Türkiyə prezidentinin ötən həftə bu səfərini ləğv etməsinə də diqqət çəkilib:

"Bundan əvvəlki səfərində baş verən mübahisədən sonra bir çox insan buna sevinə bilərdi. Amma Ərdoğan bu səfəri ləğv etmədi və Prezident Trampla görüşəcək”.

Məqalədə Ərdoğanın ABŞ-a bundan əvvəlki səfərlərinin tərəflər arasında gərginliyi artırdığı da vurğulanıb.

ABŞ və Türkiyə prezidentləri sabah Vaşinqtonda görüşəcək./teleqraf

Mənbə: xezerxeber.az