Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

Ərdoğan ABŞ səfərindən sonra Putinlə danışıqlar aparmağı planlaşdırdığını açıqlayıb

Ərdoğan Mənbic, qismən də Tell Abyadda terrorçuların qaldığını bildirib...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər etdikdən sonra Rusiya lideri Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını açıqlayıb.

İnterAz SalamNews-a istinadla verdiyi xəbərə görə, onun sözlərinə görə, Kamışlıda "terror hadisəsi" törədilib. Ərdoğan Mənbic, qismən də Tell Abyadda terrorçuların qaldığını bildirib.

“Nə ABŞ, nə də Rusiya onları vaxtında təmizləyə bilmədi. Bunu Vaşinqtonda müzakirə edəcəyik. Sonra Putinlə danışmaq imkanımız olacaq", o deyib.

Mənbə: www.interaztv.com