Paşinyan kilsə ilə üz-üzə: “Kilsə tarixi” ləğv edilir

Paşinyan kilsə ilə üz-üzə: “Kilsə tarixi” ləğv edilir

Ermənistanın hökuməti kilsə ilə qarşı-qarşıya qala bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Hökumətin yaxın zamanlarda məktəblərdə “Erməni kilsəsi tarixi” dərsini qadağan edəcəyi vurğulanıb.

Bununla belə, bu dərsin “Erməni tarixi” dərsliyinin tərkibinə daxil edilməyəcəyi bildirilib. Əvəzində erməni məktəblilərə “Din tarixi” dərsinin tədris ediləcəyini qeyd edib. Yeni dərsdə isə Erməni Apostol Kilsəsi və ya xristianlıq tarixi yerinə, digər dinlərin də tarixinin tədris ediləcəyi vurğulanıb.

“Past”ın mənbələri hökumətin artıq bu qərarın yaradacağı effektə qarşı mübarizə üçün variantları nəzərdən keçirdiyini bildirib. Belə ki, hökumətin xüsusilə Erməni Apostol Kilsəsinin bu məsələdə aktivliyini qarşısını almağa çalışacağı yazılıb.

Mənbə: axar.az