“Türk əsgərinin terrordan təmizlədiyi bölgələrə yardım karvanları göndərmək məqsədəuyğun olardı”

“Türk əsgərinin terrordan təmizlədiyi bölgələrə yardım karvanları göndərmək məqsədəuyğun olardı”

Telman Nüsrətoğlu: “Bu, tarixə qardaşlıq və həmrəylik adına gözəl bir nümunə kimi düşə bilər”

“Türk dünyası hər fərdiylə Türkiyənin yanında yer almalı, ona bacardığı dəstəyi verməlidir”

Suriyada anti-terror əməliyyatlarındaiştirak edən türk hərbçiləri suriyalılara həm də böyük miqdarda humanitaryardımlar göstərməkdə, onların sosial durumunun mümkün qədər yaxşılaşmasına cidditöhfələr verməkdədir.

Maraqlıdır, Azərbaycan vədigər türk dövlətlərinin də Türkiyənin bu nəcib təşəbbüsünə qoşulması, türkordusunun vasitəsi ilə bölgəyə humanitar yardımlar göndərməsi arzuedilənolardımı? Belə bir addım türk dünyasının həm anti-terror əməliyyatı aparan Türkiyəyə,həm də ağır günlər yaşayan Suriya xalqına bir dəstəyi, onlarla həmrəyliyibaxımıdan məqsədəuyğun sayıla bilərmi.

 

Moderator.az-a açıqlama verənTürk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu beləbir təşəbbüsün təqdirəlayiq olduğunu vurğuladı

“Könül istərdi ki, indiyə qədər Türk dövlətlərininortaq hərbi gücü formalaşardı və Türk Ordusunun Suriyada beynəlxalq imperiyaldairələr tərəfindən dəstəklənən terrorist qruplaşmalara qarşı apardığı mübarizədəbu birlik də iştirak edərdi. Bunun simvolik əhəmmiyəti olduqca böyükdür.

Türkiyənin apardığımübarizə mədəniyyətlərin, qütblərin, haqla-batilin, bütövlükdə Türk-İslam aləmininvar olma savaşıdır.

Hazırda dünyada çox ciddigeopolitik proseslər gedir. Düşünün ki, güclənən Türkiyənin önünü kəsmək üçünNATO üzvü olan ölkələr bu paktın ən böyük ikinci ordusuna qarşı terror təşkilatlarıPKK- YPG- ni dəstəkləyərək bütün əndazəni aşıblar. Ankara Fəratın şərqiniterroristlərdən təmizləyib oraların əsl sahibləri olan Suriya qaçqınlarını evlərinəqaytararaq nəhayət Suriyaya sülh, hüzur, ədalət gətirmək istəyir. Bu, qaçqın problemiyləqarşı-qarşıya qalan Avropa üçün də lazımdı. Lakin Avropanın Türk-İslam düşmənliyigözünü o qədər bürüyüb ki, Türkiyənin dünya dəngələrindəki həlledici rolunaqarşı savaş elan etməklə, öz ayaqlarının da altını qazdıqlarını anlamırlar.Güclənən, öz mədəniyyət coğrafiyasıyla birlikdə müstəqil siyasət aparan birTürkiyə istəmirlər. Ona görə də guya mübarizə apardıqları Rusiyanın belə güclənməsinərazıdırlar. Yəni bildirmək istəyirəm ki, bu mübarizə o qədər həyati bir mübarizədirki, Türk dünyası hər fərdiylə Türkiyənin yanında yer almalı, bacardığı dəstəyiverməlidir.

Türkiyənin nə nefti, nə dəbaşqa təbii sərvətləri var. Ancaq buna baxmayaraq, yenə də məzluma, imkansızaqucaq açmaqda davam edir. Fəratın şərqində teroristlərdən təmizlənən bölgədəyaşayan insanlara yardıma davam edir. Bu mənada Türk dünyasından da Məhmətçiyinterrordan təmizlədiyi bölgələrə yardım karvanlarının göndərilməsi qardaşlıq vəhəmrəylik adına gözəl bir nümunə ola bilər. Biz XX əsrin əvvəllərində hələ müstəmləkədənazad olmadığımız halda bu həmrəylik vəqardaşlığın müdhiş nümunələriniortaya qoymuşuq. Hazırda bunu etməyı daha çox imkanımız var”.

Seymur ƏLİYEV

Mənbə: moderator.az