Suriyada katolik erməni pastorların qətlində klassik erməni terror izləri...

Suriyada katolik erməni pastorların qətlində klassik erməni terror izləri...

Ermənistan Xarici İşlər Nazirliyi Suriyanın şimal-şərqində yerləşən Deyr-ez-Zorda baş verən terror (?) hadisəsi ilə bağlı bəyanatla çıxış edib. Erməni diplomatiyası həmin hadisəni pisləyir və Kamışlı kilsəsində iki erməni dindarın öldürülməsi, birinin isə yaralanmasından dərin narahatlıq keçirdiyini bildirir. Bəyanatda konkret fakta əsaslanmayaraq qeyd edilir ki, bu “terror” hadisəsini İŞİD qruplaşması üzərinə götürüb.

Ermənistan XİN-i bildirir ki, rəsmi İrəvanın Suriyada göstərdiyi humanitar yardımla erməni əsilli dindarlara qarşı törədilən terror hadisəsi heç bir vəchlə üst-üstə düşmür.

Bu məsələdə əsl klassik erməni terror izi sezilir. Çünki tarix boyu erməni terror təşkilatları tərəfindən analoji hadisələr çox törədilib. Məqəsd də erməniləri məzlum, əzilən xalq kimi təqdim etmək olub. Suriyada İŞİD-in vəziyyəti heç də yaxşı deyil. Hətta bu günlərdə ABŞ-ın İŞİD-in lideri Bağdadinin öldürülməsinə dair məlumatı yayması bu terror qruplaşmasının tam dalana dirəndiyi anlamına gələ bilər. Belə olan təqdirdə erməni keşişlərinin öldürülməsini İŞİD-lə əlaqələndirmək nə dərəcədə məntiqli sayıla bilər?

“Burada erməniləri himayə edən Rusiyanın da barmağı ola bilər”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu “məharətinin” obyektiv səbəbləri var: “Bilirsiniz ki, son zamanlar türkdilli dövlətlərin inteqrasiyası istiqamətində ciddi işlər aparılır. Bakıda keçirilən sonuncu Zirvə toplantısı da bu qəbildən sayıla bilər. Təbii ki, bütün bunlar erməniləri və onların arxasında duran gücləri narahat edir. Mən tam əminəm ki, həmin hadisəni ermənilər törədiblər. Burada erməniləri himayə edən Rusiyanın da barmağı ola bilər. Bunun bir erməni oyunu olduğu elə Ermənistan XİN-in bəyanatının məzmunundan da aydın görünür. Çünki İŞİD belə bir addımları atan olsaydı, orada ermənilərdən də başqa qeyri-müsəlman icmalar var, elə onların da dini liderlərini öldürərdi. Hətta İŞİD-in ən güclü vaxtlarında belə biz belə hadisələrlə rastlaşmamışıq. Bəyanatın sonunda Ermənistanın Suriyadakı humanitar missiyada yaxından iştirak etdiyi vurğulanır. Bilirsiniz ki, orada da ermənilər bütün addımlarını ruslarla birgə atırlar. Bu məsələdə əsas hədəf kimi Türkiyə götürülüb. Bir azdan deyəcəklər ki, Türkiyə ilə İŞİD əlbir olub bu addımı atıb. Digər hədəf isə İŞİD-in arxasında duran güclər ola bilər. Bu xüsusda ABŞ və İsrailin adları xüsusi çəkilir. Bununla Rusiya göstərmək istəyir ki, sizin adamlar hətta ən dəhşətli vəhşiliklər edirlər. Yəni versiyalar çoxdur. Biz təhlil edərkən müxtəlif fikirlər səsləndirə bilərik. Ancaq rəsmi qurum gərək konkret faktlara əsaslansın. Ermənistan XİN-in bəyantında deyilir ki, müxtəlif mənbələr iddia edir. Dövlət adından belə bəyanat verilə biməz. Keşişlərin öldürülməsi hadisəsi sanki ermənilərin ürəyincə olub. Elə buradan da o nəticə çıxır ki, burada ya ermənilərin özlərinin, ya da onları himayə edən güclərin əli var. Prosesləri izləyin, görərsiniz ki, həmin hadisə hələ çox gündəmdə saxlanacaq. Yaxın Şərq hər zaman erməni terror təşkilatlarının oylağı olub. Onlar hansısa məkrli planlarını həyata keçirmək məqsədilə çox asanlıqla keşişlərini özləri öldürə bilərlər”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com