Ermənistanın Rusiyadakı səfirliyi ermənilərlə ruslar arasında gərginlik haqda

Ermənistanın Rusiyadakı səfirliyi Armavirdə baş verən hadisədən qəzəbləndiyini bildirən şərh yayıb.

Virtualaz.org xatırladır ki, Armavir Şəhər Sovetinin deputatı Aleksey Vinoqradov, Armavirdəki erməni kilsəsinin ərazisində nasist cinayətkarı Garegin Njde üçün qoyulmuş xatirə lövhəsini qara rənglə rəngləyib.

Qeyd edək ki, hərbi və siyasi cinayətkarın xatirə lövhəsi yerli erməni icmasının təşəbbüsü ilə qoyulub. Rusiya və Azərbaycan, nasist cinayətkarı G. Njdenin qəhrəmanlaşdırılmasını qınayaraq, onun Yerevanda və Ermənistan ərazisindəki abidələrinin və xatirə komplekslərinin sökülməsini tələb edib.

Onu da qeyd edək ki, G. Njde müasir Ermənistan ərazisində etnik təmizləmə aparan, dinc müsəlman əhalisini qıran cinayətkar daşnak təşkilatına da rəhbərlik edib. Njde Zəngəzur və Qarabağın minlərlə müdafiəsiz vətəndaşını öldürməkdə də günahkardır.

“Ermənistan səfirliyinin fikrincə, bu hərəkətlər Ermənistan-Rusiya münasibətlərinin ruhuna uyğun deyil və millətlərarası (erməni icması və rus əhalisi arasında) gərginliyə səbəb ola bilər”,-deyə diplomatik nümayəndəliyin şərhində bildirilir.

Səfirlik Armavir şəhərinin rəhbərliyini baş verənlərə müvafiq qiymət verməyə çağırıb.

Virtualaz.org

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Pentaqon Rusiyanın qarşısını atom silahı ilə təchiz olunmuş F-35-lə alacaq

SONRAKI XƏBƏR

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində treninq keçirilir