Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində treninq keçirilir

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində treninq keçirilir

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq, müdafiə təhsilinin genişləndirilməsi proqramı çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə treninq keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ali Hərbi Məktəbdə xarici dillər üzrə ixtisaslaşan mütəxəssislər üçün təşkil olunan “Peşəkar hərbi təhsil üzrə aktiv öyrənmə” mövzusunda treninqdə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat verilib, fikir mübadiləsi aparılıb.

Treninq noyabrın 15-dək davam edəcək.

Mənbə: azertag.az