Pentaqon Rusiyanın qarşısını atom silahı ilə təchiz olunmuş F-35-lə alacaq

Pentaqon Rusiyanın qarşısını atom silahı ilə təchiz olunmuş F-35-lə alacaq

Pentaqon “Rusiyanın qarşısını almaqdan ötrü” Avropaya 50 –dən çox atom silahı yüklənmiş F-35 göndərəcək.

Muxalifet.az bu barədə " FOX NEWS" agentliyinə istinadla xəbər verir.

ABŞ 2022-cil ilə qədər Avropada 50-dən çox çoxhədəfli F-35 qırıcıları yerləşdirəcək, - deyə Fox News xəbər verir. Saytın yazdığına görə Avropada atom silahı ilə təmin olunan bu qırıcıların göndərilməsi , - ABŞ-ın Rusiyanın qarşısını almağa yönəldilmiş atom strategiyasının açar elementidir.
“Pentaqon yaxın zamanlarda “NATO-ya Rusiyaya qarşı yeni müharibə metodları ilə hazırlaşmasına” kömək üçün bu kursu götürəcək”, deyə ABŞ-ın HHQ-nin generalı Ceyms Xolms Fox News-a müsahibəsində deyib. “Bizim qırıcılar Avropaya çatana kimi, bizim Avropalı partnyorlarımızın da qırıcıları ilə birlikdə onların sayı 100-ə çatacaq”, - Xolms əlavə edib. Fox News-un müxbirinin dəqiqləşdirdiyi məlumata görə, 2020-ci ilin əvvəllərində artıq onların yerdəyişməsi, yəni göndərilməsi başlayacaq. Onların hansı ölkəyə göndəriləcəyi barədə dəqiq deyilməsə də, bu yerin Pribaltika və Şərqi Avropa olacağı ehtimalı var.
Muxalifet.az

Mənbə: muxalifet.az