Bundestaq komitəsinin başçısı antisemit fikirlərinə görə vəzifəsindən kənarlaşdırılıb

Bundestaq komitəsinin başçısı antisemit fikirlərinə görə vəzifəsindən kənarlaşdırılıb

Almaniya Bundestaqının sağçı populist “Almaniya üçün alternativ” (AüA) Partiyasından deputatı Ştefan Brandnerin “Twitter” səhifəsində düşmənçilik və dözümsüzlüyü təbliğ edən açıq bəyanatları və qeydləri bu gün onun parlamentin hüquq məsələləri komitəsinin sədri vəzifəsindən getməsinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Almaniya Bundestaqı tarixi ərzində ilk dəfə bu və ya digər komitənin sədri öz iradəsi əleyhinə istefaya göndərilib.

Onu yalnız “AüA” üzvləri dəstəkləyiblər, qalanları komitə sədrinin istefasına səs veriblər.

Brandnerin müğənni Udo Lindenberqin mükafatlandırılması ilə əlaqədar şərhində onu İuda adlandırması Bundestaqın səbir kasasını daşdıran sonuncu damla olub.

Ştefan Brandner sağçı radikalların Halledə sinaqoqa hücumundan sonra öz antisemit fikirləri ilə də yadda qalıb.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Mənbə: azertag.az