“Cənab naxoş Baş nazir, Azərbaycan xalqı ilə dialoqdan əvvəl öz ölkəndə nifrət və zorakılıq təbliğatına son ver” – Şarmazanov

“Cənab naxoş Baş nazir, Azərbaycan xalqı ilə dialoqdan əvvəl öz ölkəndə nifrət və zorakılıq təbliğatına son ver” – Şarmazanov

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov öz “Facebook” səhifəsində qeyd edib.

O bildirib ki, Ermənistanın Baş naziri vəzifəsini qəbul etmiş şəxs Azərbaycan xalqı ilə dialoqa hazır olduğunu bildirir, lakin öz ölkəsində cəmiyyəti qaralara və ağlara, inqilabçılara və əks-inqilabçılara, köhnələrə və yenilərə, sui-qəsdçilərə və nikolsevərlərə, nəhayət qürurlulara və xaş yeyənlərə bölür.

“Məhz bu cür də yaşayırıq. Gülməlidir”, - deyə Şarmazanov bildirib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az