İraqda universitet tələbələri etirazlara qoşulub

İraqda universitet tələbələri etirazlara qoşulub

İraqın Kufə Universitetinin minlərlə tələbəsi və həmkarlar ittifaqı üzvləri noyabrın 13-də İraqda davam edən hökumət əleyhinə etirazlara qoşularaq küçələrə çıxıb.

Aksiya iştirakçıları əllərində İraq bayraqları və hökumətin etirazçıların tələbini yerinə yetirmədiklərini pisləyən plakatlar tutaraq, universitet şəhərciyindən Nəcəf şəhərinin mərkəzinə qədər 6 km. məsafəlik yürüş ediblər.

Onlar "qanunsuz" adlandırdıqları hökumət tərəfindən bütün tələblər yerinə yetirilməyənə qədər küçələrdə qalacaqlarına söz veriblər.

Hökumət on illərlə davam edən müharibə və sanksiyalardan sonr hətta sülh dövründə belə həyatlarında irəliləyiş görməyən əsasən işsiz gənclər tərəfindən iğtişaşların üvanlanması üçün cavab tapa bilməyib.

Oktyabrın 1-dən başlayan etirazlarda azı 300 etirazçı öldürülüb. Ölüm hallarının çoxu təhlükəsizlik qüvvələrinin siyasi korrupsiya, işsizlik və aşağı səviyyədə sosial xidmətlərinə qarşı etiraz edənlərə qarşı atəş açması nəticəsində baş verib.

İğtişaşlar iki il əvvəl hökumətin İslam Dövləti (İŞİD) qrupu üzərində qələbə elan etməsindən bəri İraqın siyasi sistemi üçün ən böyük və ən mürəkkəb bir sınaqdır.

Mənbə: www.amerikaninsesi.org